“AÇG”dən 6 milyard, “Şahdəniz”dən isə 442 milyon dollar gəlir əldə edilib
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumatda bildirilir ki, qurum 2024-cü ildə “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağından 6 milyard 158 milyon, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 442 milyon 85 min dollar gəlir əldə edib.
Qeyd edək ki, ARDNF 2023-cü ildə “AÇG”dən 6 milyard 899 milyon, “Şahdəniz”dən isə 1 milyard 308 milyon ABŞ dollar gəlir qazanmışdı.