Lənkəran Dövlət Universitetinin 1 saylı tədris binasının həyətində baytarlıq klinikası tikiləcək.
Publika.az Trend-ə istinadla xəbər verir ki, klinika Lənkəran şəhəri 170 A ünvanında yerləşən universitetin 1 saylı tədris binasının həyətində inşa olunacaq.
Belə ki, artıq bununla bağlı Lənkəran Dövlət Universiteti hazırlıq işlərinə yekun vurub.
Universitet sözügedən işlərin icrasını AS-Təmir Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.