AZ

Səhhəti pisləşən sürücünün köməyinə YPX əməkdaşları çatdı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsi ərazisində yerləşən stasionar postuna yaxınlaşan qadın ürək xəstəliyindən əziyyət çəkən həyat yoldaşının səhhətinin ağırlaşdığını və ona təcili kömək lazım olduğunu bildirib.

Yaranmış vəziyyətə adekvat reaksiya verən YPX əməkdaşları dərhal nəqliyyat vasitəsinə yaxınlaşaraq sürücü H.Rüstəmovu sükan arxasından çıxarıb və onu vaxtında xəstəxanaya çatdırıblar.

Sürücü və həyat yoldaşı müalicə məqsədilə paytaxta gələrkən düşdükləri çətin vəziyyətdə onların köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürlərini bildiriblər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları sükan arxasına əyləşməməyə, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!

Seçilən
8
avtosfer.az

1Mənbələr