Mark Endeveld
(əvvəli qəzetin ötən saylarında)
2018-ci ilin payızında onun kiçik qardaşı Sebastyan məhkəmədə deyir ki: “Atam Roje öldürüldü... qardaşım Rişar Nim şəhərində zibil və tullantılar kralı idi. Onlar ikisi də böyük imperiya qurdular, ancaq sonra böyük banditizmə və mafiyaya qoşulub özlərini güdaza verdilər. Mən isə övladlarımın gözündə başqa cür görünmək istəyirəm; indiyə kimi mən o qədər də nümunəvi ata olmamışam, ancaq bundan sonra ancaq onlar üçün yaşayacam, çalışacağam ki, sadəcə olaraq həyatda yaşamaqdan ləzzət alım...”
Boşanandan sonra Paskal Jannin-Perez həyatını Cenevrə ilə London arasında yenidən qurur. Bu qadın Aleksandr Djuri ilə, eləcə də Areva mədənlərinin keçmiş rəhbəri, 2018-ci ilin yazından Uramin işinə görə ittiham olunan Sebastian dö Montessüs ilə də yaxındır. Djuri və Montessüs Cenevrədə eyni vəkillə – Kristian Fişellə işləyirlər. Londonda yerləşən, qızıl hasilatı üzrə ixtisaslaşmış Endeavour mədən şirkətinin baş direktoru Sebastian dö Montessüs müxtəlif Afrika ölkələrində də fəaliyyət göstərir və onun əsas səhmdarı Misirli milyarder Naqib Savirisdir. Parisdə bu iş adamı tez-tez Nikola Sarkoziyə yaxın olan Bernard Sqarçini və Klod Jeanla da görüşür, eləcə də Tierri Mariani ilə tez-tez 61 səyahətə çıxır. Ona görə də biz bu araşdırmalara başlayanda, Emmanuel Makrona yaxın olan adamlardan biri bizə etiraf etdi ki: “Yelisey sarayında Djurinin işi ilə ancaq Lüdovik Şaker məşğul olur”.
“Le Monde” qəzetinə verdiyi müsahibədə Paskal Jannin-Perez izah edir ki, onu Lüdovik Şaker ilə tanış edən Aleksandr Benalla olub... Əslində, hər şey tərsinədir: Şaker özü Benallanı Paskal Jannin-Perezə təqdim edib. İyulun 18-də “Le Monde” qəzeti Respublika Prezidentinin kabinet direktorunun müavini Aleksandr Benallanın 1 May nümayişində iki nümayişçini dəyənəklə vurduğunu ortaya çıxardanda, onun Yelisey sarayında bu barədə söhbət etdiyi ilk iki adam İsmael Emelien və Lüdovik Şaker olub. Onlar üçü də bütün gecəni səhərə qədər söhbət edirlər və növbəti gün isə, müstəntiqlərin dediklərinə görə, bir-birlərinə xeyli SMS göndərirlər.
Həmin vaxt Aleksandr Benallanın yoldaşı körpəsini də götürüb Issi-lö-Mulinodakı evlərini tərk edib, müvəqqəti olaraq Parisin 16-cı rayonunda yerləşən Foş prospektindəki bir mənzilə sığınır... bu mənzilin sahibi kim olsa, yaxşıdır? Paskal Jannin-Perez! “Le Monde” qəzetinə verdiyi müsahibədə bu iş qadını deyir ki, Benalla ilə onun həyat yoldaşına “insanlıq” naminə kömək edib. Təbii ki, bu qəfil köməyi Yelisey sarayının xahişi ilə əlaqələndirməyin heç kimə xeyri yoxdur. Paskal Jannin-Perez jurnalistlərlə söhbətdə qeyd edir ki, Benalla ilə yazda, başqa bir iş adamı Jan-Lui Haqenor vasitəsilə tanış olub. Bu axırıncı, Rusiyalı oliqarx İsgəndər Mahmudova yaxın bir adamdır.
Mediapart tərəfindən aşkar edildi ki, bu rus milyonçusu Aleksandr Benallanın yaxın dostu Vənsan Qras ilə Fransada Mühafi zə müqaviləsi imzalayıb. Qısası, hamı əlindən gələni edir ki, təki jurnalistlər Lüdovik Şaker ilə Paskal Jannin-Perez arasında əvvəldən mövcud olan əlaqədən xəbər tutmasınlar. Benalla ilə bağlı skandalda Lüdovik Şakerin adı mətbuata düşəndə, Yelisey sarayı ona görə qorxudan titrədi ki, Şaker həm prezidentin seçki kampaniyası zamanı baş rol oynamışdı, həm də Makrona şəbəkə qurmaqda (xüsusən də sağçılar partiyasının siyasətçiləri ilə) kömək etmişdi.
Sentyabr ayında Aleksandr Benalla Londonda San Pankras beynəlxalq vağzalının yanında idman agentliyi açan Lüka Perez ilə görüşəndə, Lükanın anası Paskal bəzi dostlarının və rəfiqələrinin yanında öyünərək deyirdi ki, “Yelisey sarayı ondan [Lüka] xahiş edib ki, ona [Benalla] müqavilələr tapmaqda kömək eləsin...”. Londona etdiyi bu ilk səfərində, Aleksandr Benalla Areva mədənlərinin keçmiş direktoru Sebastian dö Montessüs ilə də görüşür... baxmayaraq ki, sonuncu bunu inkar edir.
Bir çox faktlar göstərir ki, keçmiş “missiya icraçısı” ilə Yelisey sarayı arasındakı körpü payızda qırılmır. Nəinki prezident şəxsən özü ona “Teleqram” proqramı ilə mesajlar göndərməkdə davam edir, hətt a İsmael Emelien və Lüdovik Şaker də onunla əlaqə saxlayırlar. “İsmael Emelienə tapşırılıb ki, onu (Benalla) gözdən qoymasın, çalışsın ki, o (Benalla) heç nədən korluq çəkməsin”, – deyə Respublika Prezidentinin yaxın adamlarından biri bizə etiraf etdi. Oktyabrın 19-da Valeurs actuelles jurnalının jurnalistləri Aleksandr Benalla haqqında çapa gedəcək geniş məqaləni yazmaq üçün onunla bir neçə dəfə görüşürlər və hər dəfə təəccüblənirlər ki, İsmael Emelien də, prezident Makron da, mütəmadi olaraq bütün ölkədə skandal yaradan keçmiş “missiya icraçısına” zəng edib hal-əhval tuturlar.
Bundan əlavə, Jannin-Perez etiraf edir ki, o, Lüdovik Şakerin başqa bir tanışı ilə – prezidentin şəxsi heyətində missiya icraçısı kimi fəaliyyət göstərən Pol Soler adlı bir şəxslə də görüşüb. Əvvəllər COS (Xüsusi Əməliyyatlar Komandanlığı, xüsusi təyinatlılar qrupu) qrupuna daxil olan bu adam, həqiqətən də, Liviyada, Yelisey sarayı üçün böyük rol oynayır... (Afrika əlaqələri fəslinə bax) Amma bu adam Emmanuel Makron prezident seçiləndən sonra Yelisey sarayında işə götürülən yeganə qaranlıq keçmişi olan “missiya icraçısı” deyil.
Dövlət başçısının “task force” heyətinin daxilində informatika təhlükəsizliyi üzrə ixtisaslaşmış Aleksandr Karayon adlı gənc bir mütəxəssis də var. Bu cavan oğlan da 2016-cı ilin iyul ayından Lüdovik Şaker tərəfindən "Hərəkətdə!" qrupuna işə götürülüb və vəzifəsi də “texniki assosiasiyanın rəhbəri” kimi qeyd olunub. Kampaniya üzvləri onu zarafatla komandanın “hakeri” kimi təqdim edirdilər. Bu oğlan Tarn departamentinin keçmiş deputatı Jan-Pier Raff aranın və Terri Marianinin yaxın dostu, iqtisadi kəşfi yyat üzrə ixtisaslaşmış Bernard Karayonun qardaşı oğludur.
Çox güman ki, elə buna görə də onun adı, Lüdovik Şakerin adı kimi Senatın sorğu komissiyasında heç vaxt çəkilmədi. Senatorlara görə Şakerə hücum etmək Fransa–Çin şəbəkələrinin pərdəsini qaldırmaq deməkdir. Yelisey sarayında Aleksandr Karayon mütəmadi olaraq prezidentin məsləhətçiləri ilə görüşür və onlara tövsiyə edir ki, iPhone markalı telefonlarına Teleqram proqramının ən sonuncu versiyasını yükləsinlər. Çünki bu proqramı sındırmaq çətindir. Məqsəd odur ki, onların, eləcə də prezidentin sirləri uzun müddət kölgədə qalsın. Jurnalistlər tərəfi ndən get-gedə daha çox hücumlara məruz qalan Lüdovik Şaker isə öz növbəsində çalışır ki, onu prefekt təyin etsinlər.
Sarkozinin fantomu
Bu axşam Parisin San-Jerman bulvarında yerləşən Latın Amerikası Evində böyük izdiham var. Hər il olduğu kimi bu il də 2017- ci il iyun ayının əvvəlində “Le Canard enchaîné” qəzeti, bütün Parisin siyasi, iqtisadi və media ulduzlarını bir yerə yığıb böyük qəbul keçirir. Yay günəşi Latın Amerikası Evinin bağçasına yığışmış qonaqların zövqünü oxşayır. “Həə, Makron ilk səhvini elədi!”, – deyə Veolia şirkətinin mətbuat xidmətinin direktoru Loran Obadia sir-sifətini turşudub təəssüfl ə başını bulayır. Böyük və məşhur bir şirkətin yüksək səviyyəli kadrı, Paris mediasının yaxşı tanıdığı bu adam əsəblərini cilovlaya bilmir.
Prezident Makronun qərarı ilə Milli Kəşfiyyat Koordinasiyası və terrorizmə qarşı mübarizə komitəsinin (CNRLT) rəhbəri vəzifəsinə Pier Busket dö Florian təyin olunub ki, o bu sahədə yeni islahatlar aparsın. Xüsusi xidmət orqanlarına nəzarət edən bu məsul vəzifənin Pier Busket dö Floriana tapşırılması onu çox qıcıqlandırır. Çünki Loran Obadia Aleksandr Djurini və Sarkozinin dövründə Milli Kəşfiyyat Koordinasiyası və terrorizmə qarşı mübarizə komitəsinin rəhbəri olmuş Bernard Sqarçinini yaxşı tanıyır. Makronun Bernard Sqarçini çıxarıb onun yerinə Pier Busket dö Florianı təyin etməsi, təbii ki, onun qətiyyən xoşuna gəlmir...
(ardı var)