AZ

Braziliyalı müdafiəçi “Fənərbağça”da

Almaniyanın “Ayntraxt” klubunun braziliyalı futbolçusu Tuta karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır.

Msport.az xəbər verir ki, bu barədə yerli “Sabah” nəşri məlumat yayıb.

Artıq “Fənərbağça” 25 yaşlı müdafiəçinin klubu ilə anlaşıb. İstanbul təmsilçisi oyunçu üçün 10 milyon avro ödəcəyəcək. Futbolçunun növbəti həftənin əvvəlində Türkiyədə olacağı gözlənilir.

Qeyd edək ki, Tuta 2019-cu ildən Almaniya komandasında çıxış edir.

Seçilən
2
msport.az

1Mənbələr