AZ

Qəzzada 2 ev bombalanıb - 18 fələstinli həlak olub, yaralılar var

İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi və cənub bölgələrində iki evə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi olan WAFA açıqlama verib.

Agentlik yazıb ki, Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah şəhərinin cənubunda Bereket küçəsində Şahin adlı şəxsin ailəsinin yaşadığı ev vurulub: "Nəticədə evdə olan 13 nəfər ölüb, çoxlu yaralı var. Bununla eyni anda Rəfah şəhərinin Ən-Nəsr məhəlləsində Şaat adlı şəxsin evi də bombalanıb. Burada isə bir qadın və dörd uşaq həyatını itirib, çoxlu sayda insan yaralanıb".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
42
19
mia.az

10Mənbələr