“Facebook”, “Instagram” və “WhatsApp”ın daxil olduğu “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq işçilərin 5 faizini işdən çıxaracağını və işdən çıxarılanların yerinə yeni işçilər alacağını bildirib.
“Cebheinfo.az” ABŞ mətbuatına istinadən xəbər verir ki, Mark Zukerberq şirkət işçilərinə yazdığı qeyddə, bu ilin daha çox işin olacağına işarə edərək, komandalarda ən yaxşı işçilərin olmasını təmin etmək istədiyini deyib.
Performans idarəçiliyində fəliyyəti yeksəltmək və aşağı performans göstərənləri çıxarmaq qərarına gəldiyini bildirən Zukerberq, performansa görə işdən çıxaracaqlarını və 2025-ci ildə vakant yerləri doldurmaq niyyətində olduqlarını açıqlayıb.
Zukerberq qeyd edib ki, əgər gələcək fəaliyyətləri ilə bağlı nikbin olsalar, gözləntilərə cavab verməyən hər kəsi işdən çıxarmayacaqlar və işdən çıxarılan işçilərə “səxavətli” işdən çıxma pulu verəcəklər.
Zukerberq deyib ki, ixtisarlardan təsirlənənlərə fevralın 10-da, ABŞ-dən kənarda olan işçilərə isə daha sonra məlumat veriləcək.
Bildirilir ki, bir “Meta” idarəçisinin yazısına əsaslanaraq, şirkət işçilərinin 5 faizi ixtisarlardan təsirlənəcək.