"Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq "Borussiya Dortmund" klubuna keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis "Borussiya"da Nuri Şahinin potensial əvəzedicisi kimi nəzərdən keçirilir.
Hazırda klub rəhbərliyi məşqçiyə etibar etməkdə davam edir, lakin komandanın nəticələri yaxşılaşmasa, vəziyyət dəyişə bilər.