Son illər aparılan sosial-iqtisadi islahatlar əməkhaqlarının, əmək müqavilələrinin sayının, əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin əhəmiyyətli şəkildə artmasına imkan verib.
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb.
Məlumatda qeyd olunub ki, bu müsbət proseslər nazirliyintabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artım dinamikasına şərait yaradıb: "2018-2024-cü illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 2,5 dəfə artaraq, 2 mlrd. 327 mln. manatdan 5 mlrd. 752 mln. manata çatıb".
Müəllif: Şəbnəm Zahir