AZ

Anqlosaks döyüşçüləri Bizans ordusunda– ÖZƏL

Olaylar.az yeni araşdırmaya görə xəbər verir ki, İngiltərədəki Sattun-Hu gəmi qəbiristanlığında tapılmış məşhur dəbilqə anqlosaks döyüşçülərinin VI əsrdə Bizans ordusunda muzdlu kimi İran Sasanilərinə qarşı döyüşdüyünü sübut edir.

Ekspertlər bildirir ki, Sattun-Hu-da tapılan dəbilqə və zirehlər Bizans üslubundadır. Mümkündür ki, bu döyüşçülər Bizans kampaniyalarında iştirak edərək bu əşyaları geri gətiriblər.

Araşdırma müəllifi Hellen Gittos qeyd edir ki, Bizansdan qayıdan döyüşçülər adi ticarət yollarından kənar metallurgiya nümunələri gətiriblər.

570-ci illərdə Bizans imperiyası Sasanilərlə müharibə aparırdı və muzdlu döyüşçülər toplayırdı. İmperator Mavrikinin "Strategikon" əsərində anglosaks döyüşçülərinin döyüş qabiliyyətindən bəhs olunur ki, bu da onların Bizans ordusunda iştirakını mümkün edir.

Bu tapıntılar İngiltərə və Bizans arasındakı əlaqələrin tarixin az öyrənilmiş dövrünü işıqlandırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr