Tanzaniyada Marburq qızdırmasından 8 nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə ÜST məlumat verib. Təşkilat rəhbərinin sözlərinə görə, yaxın günlərdə yeni hallar yarana bilər.
Hazırda bütün dünyada Marburq qızdırması üçün dərmanın klinik sınaqları aparılır. Onları ilk başladan bu xəstəliyin baş verdiyi Ruanda oldu.
Rusiyada bu qızdırma qeydə alınmayıb, lakin dərman üzərində iş aparılır.
Xuraman Etibarlı
İnterpress.az