AZ

Cənubi Koreya prezidenti könüllü olaraq dindirilməyə gəldiyini deyib

Cənubi Koreya prezidenti Yoon Seok-yeol qan tökülməsinin qarşısını almaq üçün könüllü olaraq prokurorluqda dindirilməyə gəlib. Bu barədə "Yonhap” agentliyi dövlət başçısının videomüraciətinə istinadən xəbər verir.

Yoon Seok Yeolun sözlərinə görə, o, polis və müstəntiqlərin yanğınsöndürən avadanlıqlardan istifadə edərək mühafizə olunan iqamətgaha zorla daxil olduğunu gördükdən sonra könüllü olaraq dindirilməyə qərar verib.

Yun Seok Yeol vurğulayıb ki, onun dindirilməyə gəlməsi onun hüquq-mühafizə orqanlarının hərəkətlərinin qanuniliyini tanıması demək deyil. Dövlət başçısı deyib ki, onun heç bir günahı yoxdur.

O, bir daha qeyd etdi ki, könüllü olaraq prokurorluğa yalnız qan tökülməsin deyə gedib.

Yanvarın 15-də bildirilib ki,  Seulda dövlət antikorrupsiya agentliyinin müstəntiqləri Cənubi Koreya prezidentini qiyam ittihamı ilə həbs ediblər.
 
Aytac 

www.anews.az
Seçilən
4
1
anews.az

2Mənbələr