AZ

BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri (komanda və fərdi) “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında ölkəmizi təmsil ediblər.

BANM-dan TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqə Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilib. Yarışda BANM-in "BHOS 1" və "BHOS 2" komandaları fərqlənmə sertifikatı və II dərəcəli diplomla təltif olunub. Fərdi nəticələrə görə, tələbələr - Saleh İsayev, Emin Orucov, Cəmil Camaləddinli, Murad Axundov, Vüsət Orucov və Fərid Mehtiyev mükafatlandırılıb. Tələbələrin mentoru isə İnformasiya texnologiyaları kafedrasının müəllimi Azər Əliyevdir.

Seçilən
8
1
tehsil.biz

2Mənbələr