"Ermənistan sonunda Paşinyanın dili ilə desək "rubikonu" keçdi. Bu, vaxtilə Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə debatda jurnalistlərin verdiyi sualı cavablarkən işlətdiyi ifadə idi. Onda Paşinyan demək istəyirdi ki, Ermənistan elə bir sərhəddə dayanıb ki, (Rubikon çay adıdır və vaxtilə döyüşən ordu bu çayı keçdikdən sonra artıq geri dönüşü olmurdu və ancaq irəli getməli, ya da məhv olmalı idi) atacağı addımdan sonra bir daha geri dönüşü olmayacaqdı. Həmin müddətdən uzun müddət keçib. Görünən odur ki, Ermənistan seçimini etdi və Qərbi seçdi. Artıq geri dönüşü olmayan proseslərə start verdi. Bu proses isə Rusiyadan çox İranın maraqlarına zərbə oldu. Paşinyan regionda xaos yolunu tutdu. İran təbii ki, Ermənistanın bu addımına ciddi reaksiya göstərə bilməz. Ermənistana qarşı hansısa addımlar atmayacaq. Əvvəla ona görə ki, İran Amerikadan çəkinir. İndi Trampın gəlişi ilə özü təhlükə altındadır. Bununla yanaşı İranın
Azərbaycana qarşı mövqeyi Ermənistanın bu addımını görməzdən gələcəyini deməyə əsas verir. Təbii ki, Ermənistanın bundan sonra atacağı addımlar izlənəcək. Əgər ABŞ qoşunları regiona daxil olsalar, hansı ki, bu, Ermənistan adlı dövlətin sonu olacaq, onda həmin qoşunlar əraziyə gələnə kimi Ermənistan adlı dövlət yox olacaq. Bunu kim edəcək bu sonranın işidir. İran isə həmişəki kimi ikiüzlü siyasətini davam etdirəcək. ABŞ və Israildən
yediyi kötəklər nə ilkdir, nə də son. Onsuz da 2025-ci ilin İran rejimi üçün son il olduğu söyləntiləri artır.