AZ

Ermənistan ABŞ-la nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başlayır

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan ABŞ-la nüvə sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqlara başlayır.

RİA Novosti onun sözlərindən sitat gətirir : “Biz ABŞ-la geniş miqyasda 123 sazişi kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başlayırıq”.

Diplomatın sözlərinə görə, bu saziş nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa əsas verəcək.

Bundan əvvəl ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıblar . Daha sonra Ermənistan ABŞ-ın rəhbərlik etdiyi İD-ə qarşı koalisiyaya qoşulacağını bəyan edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində Ermənistan və ABŞ-ın strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq qərarını suveren hesab edir.

DOĞRU.AZ

Seçilən
1
1
dogru.az

2Mənbələr