AZ

Putinlə Trampın mümkün görüş yeri məlum olub - Rusiya XİN

“Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüşə bilər, çünki bu ölkə vasitəçilik xidmətlərində müsbət imic və təcrübəyə malikdir”. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Oleq Karpoviç deyib.

“Yəqin ki, görüş Yaxın Şərq dövlətlərinin birində baş tutacaq. BƏƏ bu baxımdan nəzərə alınmalıdır ki, bu ölkə dəfələrlə müxtəlif növ mübadilə, danışıqlar və məsləhətləşmələrdə iştirak edib. BƏƏ-nin bu cür danışıqların aparılması üçün müsbət təcrübəsi var”, - deyə siyasətçi vurğulayıb.

Karpoviç qeyd edib ki, liderlər arasında görüş üşün İsveçrə variantı mümkün görünmür. 

Onun sözlərinə görə, İsveçrə öz neytrallığını elan etsə də, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək siyasətində faktiki iştirak edir ki, bu da Moskva üçün qəbuledilməzdir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr