AZ

Mahmud Bilgin: İslam Respublikası Azərbaycanla gərginliyi bundan artıq davam etdirə biləcək durumda deyil

Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə Suriyada Əsəd rejiminin devrilməsindən sonra İran mediasi və siyasi-məzhəbi mühitlərində Türkiyə və Azərbaycan Respublikasına qarşı fəaliyyətlər və açıqlamaların çoxalmasının səbəbləri haqqında danışıb.

Herbiand.az xəbər verir ki, Mahmud Bilginin sözlərinə görə, “bu məsələ daha çox İranın öz daxili məsələlərinə bağlıdır. İran rejimi çox zəif bir durumda. İqtisadi baxımdan. Enerji məsələsi baxımından. Əhalinin kreditini, maaşını, aylıqlarını verə bilmir. Bu böhranlı durumda bir tərəfdən də Suriyada geosiyasi və strateji məğlubiyyət və uğursuzluğu İrandakı millətlərdə bu ümidi gücləndirdi ki, rejim yıxılır. Bu da qorxu yaratdı ki, İran rejimi yenə keçmişdə olduğu kimi düşmənliyi çevirirlər Azərbaycana, türklərə tərəf ki, bəlkə bir düşmən yaradaraq propaqanda və təbliğat yaradalar daxildə”.

İranın ali dini lideri Seyyid Əli Xameneyi keçən bir neçə həftə ərzində verdiyi açıqlamalarda Suriyada baş verənlər ilə əlaqədar Türkiyənin roluna diqqət çəkərək “bir qonşu ölkəd”dən bəhs edib.

Mahmud Bilgin deyir ki, “İran hakimiyyəti bölgədə türklərin gücünü bilir. Yəni, həm Türkiyənin, həm Azərbaycanın, həm də özəlliklə İranın içində türklərin və Azərbaycan Milli Hərəkatının gücünü bilir. Ona görə, Xamneyi dolayı yolla hərəkət etməyə çalışır. Belə hərəkət etdiyində də, təbii olaraq bunun məddahları, bunun mollaları vilayətlərdə hərəkətə keçirlər ki, onlar açıq hücum etsinlər. Bunu biz Qarabağ savaşı zamanından da görmüşdük”.

Siyasi fəal dekabrın 29-da Ərdəbilin böyük məscidində təşkil olunan “Aşuradan Çaldırana, Çaldırandan Zühuradək Müqavimət” adlı mərasimə diqqət çəkir. İranın ali liderinin Ərdəbildəki nümayəndəsi Ayətullah Amilinin təşkil etdiyi həmin mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinə qarşı təhqiredici ifadələrin səsləndirilməsi İran-Azərbaycan münasibətlərində gərginliyə yol açıb.

Mahmud Bilgin hesab edir ki, İslam Respublikası ikitərəfli münasibətlərdə gərginliyin bundan daha yüksək bir səviyyəyə çıxmasını gözə ala biləcək vəziyyət deyil.

“İndi İranın siyasi və özəlliklə iqtisadi durumu o qədər çətin və pis durumdadır ki, bunu çox davam edə bilməyəck. Buna gücləri çatmaz. Mən düşünürəm ki, bunlar geri oturacaq və çalışacaqlar ki, məsələni bir şəkildə həll etsinlər... Bu vəziyyət çox irəli gedə bilməz. Məncə, zaman türklərin mənfəətinə çalır həm bölgədə, həm də İranın içində. İran rejimi də geri oturmaq məcburiyyətində qalacaqdır” - deyə, siyasi fəal əlavə edib.

Seçilən
5
1
herbiand.az

2Mənbələr