AZ

Balaxanıdakı qətllə bağlı hökm oxundu

Bakının Sabunçu rayonunda dostunu qətlə yetirməkdə ittiham olunan Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədri ilə keçirilən prosesdə Rəhim Əsədov son söz deyib. O bildirib ki, quldurluq etmək niyyəti olmayıb. O, qətl hadisəsinə görə peşman olduğunu deyib.

Təqsirləndirilən şəxs bildirib ki, özünü 120.1-ci maddəsi ilə təqsirli bilib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediliblər.
Məhkəmənin hökmü ilə Rəhim Əsədov 17 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən dövlət ittihamçısı Rəhim Əsədovun 19 il müddətinə azadlıqdan mərhum edilməsini təklif etmişdi.

İttihama görə, ötən ilin iyunun 14-də paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, onlar sosial şəbəkələrdə tanış olublar. Rəşid onunla cinsi əlaqədə olmaq istəyib, amma Rəhim istəməyib. Bu zaman onların arasında mübahisə yaranıb, Rəşid qeyrət söyüşü edib. Bundan əsəbləşən Rəhim onu bıçaqlayaraq öldürüb.

İttiham aktında göstərilib ki, Rəhim Əsədov mərhumun əmlakını ələ keçirməyi qərarlaşdırıb. Təqsirləndirilən şəxs Rəşid İmanovun pul vəsaitini və "Iphone" markalı mobil telefonunu ələ keçirmək üçün onun üzərinə hücum edib, eyni zamanda xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib.

O, zərərçəkmişin öncə boğaz nahiyəsindən tutaraq üzü döşəməyə yıxıb və mətbəxdən götürdüyü ət baltası ilə boynunun ön və sağ ətrafından 2 dəfə vuraraq qətlə yetirib.

Rəhim Əsədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov
Seçilən
3
1
teleqraf.com

2Mənbələr