AZ

Ağıllı eynəklərlə şahmatda mükəmməl hərəkətlər

Ağıllı eynəklərlə şahmatda mükəmməl hərəkətlər

Nyu Yorkda yaşayan 17 yaşlı Kolumbiya Universitetinin tələbəsi Eddi Xu inkişaf etdirdiyi texnologiya ilə şahmat dünyasında böyük müzakirələr başladıb. Xu Meta x Ray-Ban Ağıllı Eynəklərini hər zaman mükəmməl hərəkətlər göstərə bilən şahmat aldadıcı cihaz yaratmaq üçün dəyişdirib. Bu cihaz şahmatçılar və texnologiya dünyası arasında böyük səs-küyə səbəb olub.Xu sosial media platforması X-də hazırladığı bu innovativ cihazın şəklini paylaşaraq diqqət çəkib. Rəsmi Chess.com hesabı bu yazıya "Uh oh" (vay) deyərək, "Bu, inanılmaz dərəcədə gözəl, müdhiş işdir" şərh verib. Xu, "Teen Hacks LI" tədbirində tələbə yoldaşı Caden Li ilə bu dəyişdirilmiş AI ilə işləyən eynəkləri hazırladığını açıqlayıb.Qurğunun iş prinsipi ilə bağlı sualı cavablandıran Xu, real həyatdakı şahmat taxtasını rəqəmsal formaya çevirmək üçün əvvəlcə künc nöqtələrini aşkarladıqlarını, təsvirləri normallaşdırdıqlarını və daha sonra standart obyekt aşkarlama modelindən istifadə etdiklərini söyləyib.Xu həmçinin smart eynəklərin işləməsi ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirərək, bu eynəklərin indiki modellərində obyektivdə ekranın olmadığını bildirib. O, eynəklərin gördükləri məlumatları telefona və ya xarici displeyə, daha sonra onu dinamiklər vasitəsilə istifadəçiyə ötürdüyünü söyləyib. Bununla belə, "Meta"nın gələcək eynək modellərində quraşdırılmış displey texnologiyası ola biləcəyi barədə şayiələr var.Bəzi insanlar bu yeniliyi texnoloji nailiyyət kimi qiymətləndirsələr də, digərləri bunun şahmatın dürüstlük prinsiplərini poza biləcəyindən narahat olduqlarını bildiriblər."Washington Square Park"da şahmatçıların belə texnologiyadan istifadə edib-etməyəcəyi də müzakirə mövzularındandır. Yerli sakinlər belə yüksək texnologiyalı qadcetlərin parkın adi atmosferinə sığmayacağına inanırlar. Ancaq texnologiyanın sürətlə inkişaf etdiyi bir dünyada misli görünməmiş hadisələrin baş verməsi təəccüblü deyil.Bu yenilik təkcə şahmat dünyasında deyil, həm də ağıllı eynək texnologiyasının gələcəyi üçün yeni suallar doğurur. Şahmat ictimaiyyəti bu cür texnologiyaların nəticələrini müzakirə edərkən, Eddy Xu-nun işi artıq bir mərhələ hesab olunur.

Seçilən
5
afn.az

1Mənbələr