AZ

Elon Maska qarşı məhkəmə iddiası qaldırılıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Elon Maskı sosial media şirkəti Twitter-in (hazırkı adı ilə "X") səhmlərini almaqla bağlı zəruri bildirişləri vaxtında təqdim etməməkdə və bununla da aşağı qiymətlərlə səhmləri almağa davam etməkdə ittiham edərək məhkəməyə verib.

BAKU.WS xəbər verir ki, bu barədə habet global məlumat yayıb.

Məhkəmə sənədlərinə görə, Mask bu davranışı ilə aşağı qiymətlərlə səhmlər almağa davam edə bilib və nəticədə ən az 150 milyon dollar az ödəniş etməsinə şərait yaradıb.

İddiada qeyd olunub ki, Mask 2022-ci ilin əvvəlində Twitter səhmlərini böyük həcmdə almağa başlayıb və 14 mart 2022-ci il tarixinə qədər şirkətin dövriyyədəki səhmlərinin 5 faizindən çoxuna sahib olub.

Mövcud qanunlara əsasən, 5 faizlik həddi keçdikdən sonra on təqvim günü ərzində SEC-ə bildiriş təqdim etmək öhdəliyi olduğu halda, Maskın bunu etmədiyi vurğulanıb.

Maskın bildirişi təqdim etmə müddəti bitdikdən 11 gün sonra, 4 aprel 2022-ci ildə, SEC-ə təqdim etdiyi hesabatda Twitter-in səhmlərinin 9 faizindən çoxunu aldığını açıqladığı və həmin gün Twitter səhmlərinin qiymətinin 27 faizdən çox artdığı bildirilib.

SEC məhkəmə sənədlərində qeyd edib ki, Maskın bildirişi gecikdirdiyi müddət ərzində investorlar Twitter səhmlərini süni şəkildə aşağı qiymətlərlə satıblar və nəticədə əhəmiyyətli maliyyə zərəri ilə üzləşiblər.

Komissiya məhkəmədən Maskın cərimə ödəməsi və səhmlərin alımından əldə etdiyi əsassız gəlirləri geri qaytarması ilə bağlı qərar qəbul etməsini istəyib.

Visiontv.az



Seçilən
10
visiontv.az

1Mənbələr