AZ

Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul etdi, prokurorluq hərəkətə keçdi

Türkiyənin Baş Prokurorluğu xalq artisti Flora Kərimovanın iddiasını icraata götürüb.

Olaylar.az bildirir ki, bu barədə tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında paylaşım edib.

"Azərbaycanın canlı əfsanəsi Flora Kərimova ixtisasca nevroloq olan, lakin plastik cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir. Flora Kərimova həm bir sənətkar, həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik cərrah sertifikatını necə əldə etdiyini araşdırmağa başlayıb və bu yol Türkiyəyə uzanıb. Araşdırmalar zamanı məlum olub ki, Sevinc Heydərovaya Türkiyədə cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Mehmet Bozqurd tərəfindən təqdim edilib. Məhz bu sənədlər əsasında Sevinc Heydərovanın Azərbaycan Səhiyyə Nazirliyini aldadaraq, sertifikat aldığı iddia olunur. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq, hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib. Türkiyə hüquq sistemi ədaləti ilə tanınır və orada şəxsi əlaqələr və tanışlıqlar hüquqi proseslərə təsir etmir. Xatırlayırsınızsa, professor Mehmet Bozqurd mənə verdiyi açıqlamada sənədlərdəki imzanın ona aid olmadığını və imzanın Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu açıqlamadan sonra Sevinc xanım maraqlı bir bəyanat vermişdi. Guya mən Mehmet Bozqurdu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub. Onları dinləyək, çünki bu hekayə bitməyib", - paylaşımda qeyd olunub. /Kult.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
18
olaylar.az

10Mənbələr