ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib.EIA-nın "2025-ci ilin Yanvar Qısamüddətli Enerji Görünüşü Hesabatına" görə, bu ilin ilk rübündə qlobal neft ehtiyatlarında gözlənilən orta gündəlik 500 min barrel azalmanın, önümüzdəki aylarda neft qiymətlərinə yuxarı istiqamətli təzyiq göstərəcəyi gözlənilir.Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun hasilatın azaldılmasına davam etməsi qərarının ehtiyatların azalmasında təsirli olacağı düşünülür.Bu azalma ilə Brent markalı neftin orta barel qiymətinin dekabr ayı ilə müqayisədə 2 dollar artaraq bu ilin birinci rübündə 76 dollara çatacağı təxmin edilir.Bununla belə, ilin əvvəlində yuxarı təzyiqə məruz qalan neft qiymətlərinin, qlobal neft təklifinin artması tələbin artımını üstələməsi səbəbindən ilin ortalarına qədər ümumilikdə azalacağı gözlənilir.Müvafiq olaraq, bu il Brent markalı neftin orta barel qiymətinin 74,31 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 73,58 dollar olaraq qiymətləndirilmişdi.West Texas Intermediate (WTI) xam neftinin orta barel qiymətinin 70,31 dollar olacağı gözlənilir. Sözügedən rəqəm keçən ay 69,12 dollar olaraq hesablanıb.Qeyd edək ki, EIA ötən il üçün Brent markalı neftin orta barel qiymətini 80,56 dollar, WTI markalı xam neftin orta qiymətini isə 76,60 dollar elan edib.Hesabata görə, OPEC+ qrupunun hasilat siyasəti və Yaxın Şərqdəki münaqişələr neftin qiyməti ilə bağlı proqnozlar üçün qeyri-müəyyənlik yaratmaqda davam edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta