AZ

Teo Maldinini geridə qoydu

style='margin-bottom:10px;'>

"Milan"ın müdafiəçisi Teo Ernandes öz mövqeyi üzrə klubun rekordçusu olub.

QOL.az xəbər verir ki, bu barədə "Squawka" nəşri məlumat yayıb.

Dünən A seriyasında "Milan" səfərdə "Komo"ya 2:1 hesabı ilə qalib gəlib. Qollardan birini Teo Ernandes vurub.

Bununla da 27 yaşlı fransalı müdafiəçi "Milan"ın heyətində A seriyasında rəqib qapısından keçirdiyi topların sayını 30-a çatıdırıb və klubun yüksək liqada ən çox qol vuran müdafiəçisi olub.

Bu göstərici ilə o, ehtiyatında 29 qol olan Paolo Maldinini geridə qoyub.

Ernandes 2019-cu ildən "Milan"da oynayır. O, bu komandada keçirdiyi 236 oyunda ümumən 32 qol vurub, 42 qolun isə ötürməsini edib.

Seçilən
3
teleqraf.com

1Mənbələr