AZ

HƏMAS və İsrail BARIŞIR? – “Bayden administrasiyasının planları pozuldu”

“Böyük ehtimalla, Yaxın Şərqin yenidən dizayn olunması prosesi Bayden administrasiyasının planlarına uyğun getmədi”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi Qətərin paytaxtı Dohada keçirilən HƏMAS-İsrail görüşlərinin pərdəarxası məqamları, habelə Bayden administrasiyasının gedərayaq Yaxın Şərqin dizaynı ilə bağlı həyata keçirmək istədiyi planları şərh edib.

Onun sözlərinə görə, Əsəd rejiminin devrilməsi, Türkiyənin Suriyada üstünlüklər əldə etməsi və ABŞ-nin Suriyadakı ən yaxın müttəfiqi olan PKK terror təşkilatının məhv olmaq təhlükəsi ilə üzləşməsi yeni situasiyanın formalaşmasına səbəb oldu:

“Bu dəyişikliklər ciddi şəkildə dəyərləndirilməli idi. Bayden administrasiyası mövcud vəziyyəti nisbətən sülh istiqamətinə yönəltməyi zəruri hesab etdi. Bu səbəbdən, son vaxtlar HƏMAS-la İsrail arasında atəşkəs haqqında danışıqlar və girovların dəyişdirilməsi məsələləri müzakirə edildi. İsrailin son açıqlamasına əsasən, uzunmüddətli atəşkəsə hazır olduqları bildirilib. Beləliklə, tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər və atəşkəsin təmin olunması mümkün görünür. Bu, Bayden administrasiyasının Yaxın Şərqi yenidən dizayn etmə planlarının böyük ölçüdə pozulması ilə əlaqəli bir prosesdir”.

Rafi Müslümov

Seçilən
3
yenicag.az

1Mənbələr