AZ

Gürcüstanın sabiq baş nazirinə Batumidə hücum olub:

Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.

 

Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib. Onun burnu sındırılıb.

 

Hadisənin detalları hələ məlum deyil. Bununla belə, rəhbəri olduğu partiya sözügedən hücumun siyasi motivlər əsasında törədildiyini və ölkənin hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili tərəfindən təşkil edildiyini iddia edib.

  

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı cinayət işi başladıb.

 

Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.

Seçilən
2
1
senzor.az

2Mənbələr