AZ

Xarici səhmdarların İranı tərk etməsi domino effekti yaradıb

Səudiyyə Ərəbistanı və BƏƏ investorlarının ardınca bu dəfə avropalı Digikala-nın səhmdarları İrandan çıxma qərarı alıb.

Bu barədə İranın yerli mətbuatı məlumat yayıb. Digikala-nın səhmlərinin təxminən 33%-nə sahib olan Avropa investisiya şirkəti IIIC yaxın vaxtlarda İranı tərk edəcək.

Daha əvvəl Səudiyyə Ərəbistanının Savola şirkəti İrandakı bütün aktivlərini 188 milyon dollara sataraq İranı tərk edəcəyi açıqlanmışdı. Bundan sonra Hiperstar mağazalar şəbəkəsinin investoru olan Əmirliyin Majid Al Futtaim şirkətinin də İranı tərk etmək niyyətində olduğu xəbəri yayılıb.

Bəzi analitiklər hesab edir ki, gərgin siyasi atmosfer, kəskin məzənnə dəyişikliyi, yüksək inflyasiya və iqtisadi tənəzzül İranda investisiya və biznesin təhlükəsizliyinə təsir göstərib və İran bazarının xarici investorlar üçün cəlbediciliyini ciddi şəkildə azaldıb. Digərləri isə hesab edir ki, xarici investorların İranı qəfil tərk etməsi ölkədə önəmli hadisələrin baş verəcəyinə işarədir.

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr