Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.
Turkustan.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, xüsusi pul mükafatının məbləği 1500 manatdır.
Xüsusi pul mükafatı yalnız ölkə lideri İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.
Könüllülər şəxsiyyət vəsiqələri ilə istənilən "Kapital Bank" filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.