AZ

Suriyanın yeni hökumətinin lideri Türkiyəyə ilk səfərini planlaşdırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şaraa ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Bildirilib ki, səfər əş-Şaraanın Suriyanın yeni parlamenti tərəfindən dövlət başçısı seçilməsindən sonra baş tutacaq.
Bundan əvvəl Türkiyə mediası məlumat vermişdi ki, səfər yaxın günlərdə baş tutmalı idi, lakin əş-Şaraanın proqramındakı dəyişikliklər səbəbindən təxirə salınıb.
Qeyd edək ki, çərşənbə günü Ankarada Türkiyə rəsmiləri ilə Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən əş-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar keçiriləcək. Nümayəndə heyətinə, həmçinin müdafiə naziri Mirhaf Əbu Kisra və kəşfiyyat xidmətinin direktoru Enes Hattab daxildir. Danışıqlar nazirlərin "3+3" formatında keçiriləcək. Gündəliyin əsas məsələsi Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK) və onun yerli qolu olan "Xalq Müdafiə Qüvvələri"nin (YPG, hər iki qurum Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır) ləğv edilməsidir.
Seçilən
5
oxu.az

1Mənbələr