İraqda 30 yaşlı kişi 9 yaşlı qızla evlənib.
İnterpress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Uşağın atası qızını onun üçün yaxşı pul verən talibə satıb.
Ölkə parlamenti ötən il evlilik yaşını 18-dən 9-a endirib. Yeni qanun ultra-mühafizəkar müsəlman partiyaları tərəfindən irəli sürülüb.
Səlahiyyətlilər razılıq yaşının 9-a endirilməsinin qızları “əxlaqsız münasibətlərdən” qoruyacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az