AZ

Rusiya Qazaxıstandan sonra Vyetnamda da AES tikmək istəyir

Rusiya Vyetnamda iki enerji bloku əsasında Ninthuan-1 Atom Elektrik Stansiyasının (AES) tikilməsini təklif edir. Rusiya mediasının yaydığı məlumata görə, bu barədə “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev danışıb.

O qeyd edib ki, ölkəsi Vyetnama iki VVER-1200 qurğusu tikməyi təklif edir. Lixaçevin sözlərinə görə, dörd belə bölmə Rusiyada, ikisi isə Belarusda fəaliyyət göstərir. Bundan əlavə, Türkiyə, Macarıstan, Misir, Çin və Banqladeşdə də bu cür obyektlərin tikintisi davam etdirilir.

“Biz iki nüvə enerji blokuna əsaslanan ən müasir, ən təhlükəsiz, ən səmərəli atom elektrik stansiyasını təklif edəcəyik”, -o qeyd edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Rusiya tərəfi Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı öz təkliflərini verib.

Tural

Seçilən
10
1
news365.az

2Mənbələr