AZ

Xərçəngdən müalicə olunan şahzadə ailə həyatından danışdı

Uels şahzadəsi Keyt Midlton xərçəng xəstəliyindən müalicəsi zamanı ailə və şəxsi həyatı haqqında danışıb.

Bu barədə “People” nəşri məlumat yayıb.

Midlton yanvarın 14-də 2024-cü il ərzində müalicə aldığı Royal Marsden Xəstəxanasına bir daha baş çəkib. 43 yaşlı Uels şahzadəsi remissiyada olduğunu rəsmən elan edib. O, tibb işçiləri və xəstələrlə də ünsiyyətdə olub. Şahzadə Uilyamın həyat yoldaşı ilə ünsiyyətdə olan şəxslərdən biri isə deyib ki, Keyti ağır xəstəliyinə baxmayaraq, "uşaqlarla olduqca yaxşı davranır".

Şahzadə özü isə deyib: "Mən sadəcə bacardığımın ən yaxşısını etməyə çalışıram. Müalicənin bitdiyini düşünürsən, lakin gündəlik tapşırıqları yerinə yetirmək hələ də əsl problemə çevrilir. Bir xəstə olaraq müalicə ilə əlaqəli yan təsirlərlə qarşılaşdığınızı başa düşməkdən əlavə, əslində uzunmüddətli nəticələr də gözləməlisiniz". O, uşaqlar üçün hər şeye tdiyini də deyib.

Tural

Seçilən
1
news365.az

1Mənbələr