AZ

NATO generaları 15–16 yanvar tarixində Rusiya və Ukrayna məsələlərini müzakirə edəcəklər

NATO

NATO-nun 27 üzv ölkəsinin və 20 tərəfdaş dövlətin Baş Qərargah rəisləri 15-16 yanvar tarixlərində Brüsseldə iki günlük planlı görüş keçirəcəklər. Bu barədə NATO-nun mətbuat xidməti məlumat verib. Görüş, Ukraynadakı vəziyyətin, NATO-nun Rusiya ilə hərbi mübarizə planlarının və missiyalarının müzakirəsinə, həmçinin Qlobal Cənub ölkələrindəki vəziyyətin nəzərdən keçirilməsinə həsr olunacaq.NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Ali Komandanı General Kristofer Kavoli, o cümlədən, NATO-nun hazırkı missiyaları haqqında müzakirələr aparacaq. Bunlara, yaxınlarda Almaniyanın Visbaden şəhərində fəaliyyətə başlayan Ukraynaya yardımın əlaqələndirilməsi üzrə NSATU missiyası da daxildir.Xüsusilə, Kavoli tərəfindən NATO-nun Rusiyaya qarşı "müdafiə" planlarının həyata keçirilməsi barədə hesabat təqdim ediləcək, ardınca isə Ukraynaya yardım məsələsi geniş müzakirə olunacaq.Səidə Mustafa

Diqqət Çəkənlər

Qorxu filmi səhnəsi kimi: Bu görüntü Kayseridə çəkilib

Yaşlanma prosesini yavaşlatmaq üçün - ən faydalı yağlar

İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər

Seçilən
1
ulusum.az

1Mənbələr