“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
İdmanxeber.az-ın məlumatına görə, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq “Neftçi” ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Yaponiyalı futbolçuya qarşılıq “ağ-qaralar” təzminat ödəməyib. O, azad agent statusunda komandaya qoşulub.
Nüfuzlu “transfermarkt” nəşrində oyunçunun dəyəri 250 min avro göstərilir.