Birləşmiş Ərəb Əmirlikləri Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında sammitin keçiriləcəyi məkana çevrilə bilər.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Oleq Karpoviç deyib.
O xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Ukrayna böhranının həllinə kömək etmək niyyətində olduğunu bəyan edib. "Başqa mərhələyə keçmək və vədləri yerinə yetirmək vaxtıdır", - Karpoviç deyib.
“Görüş yeri üçün yəqin ki, Yaxın Şərqdə bir dövlət seçiləcək. BƏƏ bu baxımdan ən uyğun ölkədir", - prorektor əlavə edib.