AZ

Bakıda cinsi azlıq nümayəndəsini öldürən şəxsə ağır cəza

Instagramda tanış olduğu cinsi azlıq nümayəndəsini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda həmyaşıdı Rəşid İmanovu qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2024-cü il iyunun 14-də Bakının Sabunçu rayonu ərazisində baş verib.

İttihama görə, 2006-cı il təvəllüdlü Rəhim Əsədov rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı intim əlaqədə olduğu Rəşid İmanova bıçaqla xəsarət yetirərək öldürüb.

Belə ki, Rəhim Əsədov ifadəsində Rəşid İmanovla "İnstagram"da tanış olduğunu və onun cinsi azlıq nümayəndəsi olduğunu bildirib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirli bilinib.

 

Seçilən
3
1
buta.media

10Mənbələr