AZ

ABŞ sərhəd patrul komandası Ermənistana gələcək

ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistana ABŞ sərhəd patrul komandası göndəriləcəyini bildirib.

Xəbər verildiyi kimi, Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Blinkenin sözlərinə görə, ölkələr müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq edəcək. Birləşmiş Ştatlar Ermənistanın “öz müstəqilliyini və suverenliyini müdafiə etmək” səylərini dəstəkləyir. Amerika sərhədçiləri fevralda Ermənistana gələcəklər.

“Gömrük və Sərhəd Patrul komandamız sərhəd təhlükəsizliyi potensialının yaradılması, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və Ermənistanın sülhməramlı imkanlarının artırılması üçün erməni həmkarlarımızla işləmək üçün Ermənistana səfər edəcək”, – Blinken bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr