Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının İran strukturu olan YRK-nın qurucularından biri olan Amed Serhed və onun mühafizəçisini Süleymaniyyədə zərərsizləşdirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, MİT İraqda qurduğu kəşfiyyat şəbəkəsi sayəsində İran əsilli Amed Serhed kod adlı terrorçunun Süleymaniyyənin Pencevin çölündə fəaliyyət göstərdiyini müəyyən edib.
Bildirilib ki, PKK-ya qatıldıqdan sonra təşkilatın yüksək rütbəli rəhbərliyi tərəfindən qısa müddətə Diyarbəkir və Bitlisə təyin edilərkən təhlükəsizlik qüvvələrinə qarşı çoxlu silahlı hərəkətlər edən iranlı terrorçu MİT-in hədəf siyahısına daxil edilib.
Daşqın HəsənovMissiya.Az