Azərbaycanda çörəyin bahalaşması gözlənilir? — AÇIQLAMA
Hazırda Azərbaycanda 50 kiloqramlıq un kisələrinin topdansatış qiymətləri 26-28 manat arasında dəyişir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Qurum ölkədəki un istehsalçıları barədə məlumatları ictimailəşdirib.
Unun qiyməti qalxdığına görə, çörək də bahalaşacaq?
Bununla bağlı iqtisadçı-ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında unun qiymətində olan artımı dəyərləndirib:
“Hələ ki, unun qiymətində elə də böyük və ciddi qiymət artımı gözlənilmir. Doğrudur, çörəyin qiyməti daha çox unun qiyməti ilə bağlı olur. Unun qiyməti də öz növbəsində çörəyin qiymətinə təsir etməyəcək.
Hazırda çörək istehsalı kifayət qədər mənfəətlə işləyir. Ona görə də çörəyinin bahalaşma ehtimalı mövcud deyil”.
Leyla Turan
Demokrat.az