AZ

İrandan İrəvana təklif: “Zəngəzur dəhlizinə mane olmaq üçün...”

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın İrəvan səfərində Zəngəzur dəhlizi əsas müzakirə mövzusu olub.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Emma Beqicanyan deyib.

“Zəngəzur dəhlizi məsələsi İran rəsmisinin İrəvandakı görüşlərinin ən mühüm mövzusu olub, buna əminəm. Çünki iranlılar daim bu məsələ üzərindən təhdidlər edirlər. Bu, İranın gündəmindəki ən mühüm məsələlərdən biridir. Təsadüfi deyil ki, İranın siyasi gündəmində istər müxalifət, istərsə də hökumət - hər kəs diqqətini dəhlizə yönəltməyə meyllidir”, - ekspert bildirib.

Tehranın təhdid və qorxularına gəlincə, Beqicanyan qeyd edib ki, İran Türkiyə və Azərbaycanın dəhlizi işə salmaq üçün atacaqları mümkün addımlardan çəkinir.

Beqicanyan vurğulayıb ki, İran dəhlizin qarşısını almaq üçün Ermənistanla hərbi əməkdaşlığa hazırdır:

“Ermənistan İranla əməkdaşlıq etməlidir. Çünki hər iki ölkənin maraqları üst-üstə düşür. Deməli, istəsək, belə ola bilər. İran əməkdaşlığa 100 faiz hazır olduğunu bəyan edib”.

Analitik Ermənistan rəhbərliyinin İranla bu sahədə əməkdaşlıq etmək istəmədiyini söyləyib.

Xatırladaq ki, İran Milli Təhlükəsizlik Şurasının katibi yanvarın 9-da İrəvana səfər edib. Bundan əvvəl o, Bakıda olub.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
1
1
teleqraf.com

2Mənbələr