AZ

Yaponiyada beş il ərzində 70 milyondan çox insan koronavirusa yoluxub

Bakı, 15 yanvar, AZƏRTAC

Yaponiyada ilk təsdiqlənmiş COVID-19 hadisəsindən beş il ötür. Statistikaya görə, ölkədə 70 milyondan çox insan bu virusa yoluxub.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, koronavirusdan ümumi ölüm sayı 130 mindir.

2022-ci ildə COVID-19-un “omikron” variantı pik həddə çatdıqdan sonra ölkədə illik ölüm halları azalıb, lakin bu nəticə qripdən ölüm sayından xeyli yüksək olaraq qalır. Virus yay və qış aylarında mövsümi olaraq yayılmağa davam edir.

Qeyd edək ki, Yaponiyada koronavirusdan ölənlərin sayı bəzi inkişaf etmiş ölkələrlə müqayisədə daha azdır.

Seçilən
5
1
azertag.az

2Mənbələr