AZ

“QARA QUTU”LARI AÇDIQ, ORADA MARAQLI MƏLUMATLAR VAR...” - Sergey Lavrov

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən  Aktau şəhərində qəzaya uğramış təyyarəsinin qara qutularındakı məlumatlar KİV-lərdə yayılan məlumatları təsdiqləmir. 

 

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında danışıb.

"Xüsusi bir görüş Braziliyada keçirildi, qara qutular açıldı. Onların məzmunu artıq bir sıra maraqlı məlumatlar verdi və bu məlumatlar bir daha göstərir ki, araşdırmanın tam nəticələrini gözləmək lazımdır", - deyə Lavrov bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və bundan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

AzPolitika.info

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr