Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı növbəti əməliyyat baş tutub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Prokurorluğundan bildirilib.
Prokurorluğun məlumatına görə, sosial mediada saxta profillərlə FETÖ təbliğatını aparan və buna görə barələrində həbs qərarı çıxarılmış 18 şübhəlinin saxlanılması məqsədiylə keçirilən əməlyyatda onlardan 17-i tutulub: "Bir nəfərin axtarışı davam edir. Tutulanların evlərində axtarış zamanı çoxlu sayda sübutrlar aşkarlanaraq götürülüb".
Firudin Səfərli
MİA.AZ