Mövsümün ilk hissəsini uğursuz başa vuran “Neftçi”də islahatlar davam edir.
Klub hücum xəttini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” Samuel Mrazı rənglərinə bağlamaq niyyətindədir.
Futbolçunu komandanın baş məşqçisi Samir Abasov şəxsən bəyənib. Mütəxəssis slovakiyalının çıxışını izləyib və onu “Neftçi”yə cəlb etməyə qərar verib.
Bakı klubu artıq onun üçün “Motor Lublin”ə rəsmi təklif göndərib. Tərəflər arasında danışıqlar prosesi davam edir.
Forvard cari mövsüm komandasının heyətində 18 oyun keçirib və 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
O, Slovakiya yığmasında 5 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib.
Qeyd edək ki, Mraz "Brondbü", "Empoli", "Spetsiya", "Krotone", "Mirandes", "Volos" və "Anortosis" kimi klubların formasını geyinib.
AFFA millimizə yeni futbolçu gətirir - Qazaxıstandan!
Danilo Diaş: “Bu, bizim üçün sürpriz idi”
"Sabah"dan yeni transfer
Yüksək Liqada V turun oyunları keçirilib
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb