Ermənistan ABŞ-la sıx əməkdaşlığı davam etdirməyə sadiqdir.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib: “Biz ABŞ-nin Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi dəstəyi yüksək qiymətləndiririk”. Mirzoyan bunu Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın imzalanması mərasimində deyib. O, Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulacağını da açıqlayıb.”Ermənistan beynəlxalq terrorizmlə mübarizəyə sadiqdir. Eyni zamanda biz Qlobal Koalisiyaya qoşulmaq niyyətindəyik. Hesab edirik ki, bu təhlükənin aradan qaldırılmasında birgə fəaliyyət vacibdir”.
Vəli Həsənoğlu,
KONKRET.az