Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbi kəşfiyyatının Qorlovka qəsəbəsini tərk etmək üçün rus hərbçilərinə rüşvət vermək cəhdi barədə məlumat yayıb.
Herbiand.az xəbər verir ki, bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzi və Müdafiə Nazirliyinin birgə bəyanatında bildirilib.
FTX-nin məlumatına görə, rus hərbçilərinə Qorlovkadan çıxacaqları təqdirdə bir milyon dollar vəd edilib. Ukrayna kəşfiyyatçılarının cəhdləri Rusiya FTX-nin hərbi əks-kəşfiyyatı tərəfindən aşkarlanıb və nəzarət edilən şəraitə keçirilib. Əməliyyat oyunu zamanı Ukrayna hərbi kəşfiyyatı avans olaraq 100 min dollar köçürüb.
Əməliyyat tədbirləri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin cəmləşdiyi əraziləri aşkar etmək mümkün olub. Bundan sonra ukraynalı hərbçilərin Rusiya ərazisinə müəyyən edilmiş hərəkət marşrutları üzrə qabaqlayıcı raket və artilleriya zərbəsi endirilib.
Bəxtiyar CƏFƏRLİ