Dünən Vaşinqtonda Cənubi Qafqazın siyasi mənzərəsinə ciddi təsirgöstərə biləcək bir hadisə baş verdi: Ermənistan xarici işlərnaziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkəarasında strateji tərəfdaşlıq sənədini imzaladılar. Bu hadisə ABŞDövlət Departamentinin yaxın vaxtlarda belə bir planın olmadığınadair verdiyi açıqlamalardan sonra gözlənilməz oldu. Bəs Vaşinqtonubu cür ani addıma sövq edən nə idi?
ABŞ dövlət katibi qeyd edib ki, son illərdə İrəvan və Vaşinqtonbirgə işlərini genişləndiriblər. O deyib: "Biz iqtisadiyyatlarımızarasında əməkdaşlığı genişləndirdik. İndi isə yeni əməkdaşlığabaşlamağa hazırıq".
E.Blinken tərəfdaşlığın həm iki ölkə, həm də region ölkələriüçün faydalı olacağına əmin olduğunu bildirib: "Mən əminəm ki, bu,həm bizim iki ölkəmizə, həm də bütövlükdə regiona və onunhüdudlarından kənar olan ölkələrə fayda gətirəcək. Hesab edirəm ki,bu Xartiya daha dayanıqlı, sülhpərvər, təhlükəsiz və müstəqil bircəmiyyətin yaradılmasına yardım edəcək.
O, həmçinin, Ermənistanın sərhəd təhlükəsizliyi məsələləri iləbağlı xüsusi bir qrupun göndərilməsi planlarını açıqlayıb: "Buistiqamətdə işimizi gücləndirəcəyik".
Ararat Mirzoyan bəyan edib ki, saziş "müxtəlif sahələri əhatəedən iddialı əməkdaşlıq üçün möhkəm təməl yaradır": "Bu, bir çoxsahələri əhatə edir, o cümlədən, iqtisadi və enerji əlaqələriningücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizliksahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutlarınmöhkəmləndirilməsi, ədalət və qanunun aliliyinin təşviqi,innovasiyalar və yüksək texnologiyaların inkişafı, həmçinin,insanlar arasında əlaqələrin genişləndirilməsi".
Sənədin üzərində iş imzalanmadan xeyli əvvəl başlamışdı. Lakinbir neçə əsas amil bu prosesin sürətlənməsinə səbəb oldu.
Əsas katalizatorlardan biri Donald Trampın ABŞ prezidentivəzifəsinə başlaması oldu. Vaşinqtonla münasibətlərin institusionalsəviyyədə möhkəmləndirilməsinin zəruriliyini anlayan İrəvan buəlaqələri daha yüksək səviyyədə təsbit etməyə çalışırdı. Bu,administrasiyanın dəyişməsindən asılı olmayaraq, ABŞ-nin dəstəyininsabitliyinə zəmanət verə bilərdi.
Eyni zamanda, Bayden administrasiyası da bu razılaşmanınstrateji əhəmiyyətini başa düşürdü. Sənədin imzalanması Trampınplanlarını çətinləşdirir və ABŞ-nin bölgədəki təsirini gücləndirirki, bu da dəyişən güc balansı şəraitində böyük əhəmiyyət kəsbedir.
Digər vacib amil İranla münasibətlərin gərginləşməsi oldu.Razılaşma imzalanmazdan əvvəl İranın Ali Milli TəhlükəsizlikŞurasının katibi Əli Əkbər Əhmədianın Ermənistan üçün ultimatumkimi qəbul edilən sərt bəyanatı vəziyyəti daha da gərginləşdirdi.Razılaşmanın sürətlə imzalanması Tehrana bir siqnal oldu:Ermənistan təhlükələrlə tək qalmayacaq və ABŞ kimi güclü müttəfiqəmalikdir.
Bununla yanaşı, bu addım Ermənistanın Rusiya qarşısında olanmüttəfiqlik öhdəliklərinə baxmayaraq, Vaşinqtonun bölgədə artantəsirini nümayiş etdirir.
Razılaşmanın bağlanması Qərbin Cənubi Qafqazdakı mövqelərinigücləndirmək üçün uzunmüddətli strategiyasına uyğundur. 2023-cüilin sonundan etibarən ABŞ və Aİ Ermənistanı fəal şəkildədəstəkləyir, bu dəstək maliyyə yardımı və hərbi əməkdaşlığı daəhatə edir.
Bu proses 2024-cü ilin 11 iyununda İrəvanda keçirilənErmənistan-ABŞ Strateji Dialoqu zamanı başlamışdı. Məhz həmin vaxtmünasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçünəsas qoyulmuşdu.
Yaxın vaxtlarda ABŞ Ermənistanla birgə çalışmaq üçün sərhədtəhlükəsizliyi sahəsində mütəxəssislər göndərəcək. Bu barədə EntoniBlinken Ararat Mirzoyanla apardığı danışıqlarda məlumat verib. Onunsözlərinə görə, ABŞ-dən gömrük və sərhəd nəzarəti üzrəmütəxəssislər qrupu gələn ay Ermənistana səfər edəcək. Onların əsasməqsədi Ermənistanın sərhəd təhlükəsizliyi potensialınıgücləndirməkdir. Bundan əlavə, ABŞ Ermənistanda sərhəd patrulukomandasını yerləşdirməyi planlaşdırır.
Tərəfdaşlığın gücləndirilməsi yalnız sərhəd təhlükəsizliyi iləməhdudlaşmır: əməkdaşlıq çərçivəsində Eagle Partner adlı birgətəlimlərin keçirilməsi planlaşdırılır ki, bu da Ermənistanınsülhməramlı potensialını artıracaq.
Təbii ki, Rusiyanın reaksiyası özünü çox gözlətmədi. RəsmiMoskva ilkin olaraq MDB ölkələrinin Kollektiv TəhlükəsizlikMüqaviləsi Təşkilatı (KTMT) vasitəsilə mövqeyini izhar etdi.
KTMT-nin baş katibi İmanqali Tasmagambetov deyib: "İrəvan vəVaşinqton arasında tərəfdaşlıq digər ölkələrin təhlükəsizliyinətəhdid yaratmamalıdır.
Təbii, Vaşinqtonla belə bir tərəfdaşlıq qurmaq Ermənistanınikitərəfli əlaqələri inkişaf etdirmək çərçivəsində suverenhüququdur. Lakin hər iki tərəf burada bərabər və bölünməztəhlükəsizlik prinsipindən çıxış etməlidir. Yəni bu tərəfdaşlıqdigər dövlətlərin və beynəlxalq birliklərin təhlükəsizliyinə təhdidyaratmamalıdır.
Ermənistanla ABŞ arasında strateji razılaşmanın imzalanması CoBayden administrasiyasının son böyük addımlarından biri oldu. İndionun taleyi ABŞ-nin yeni prezidenti Donald Trampın mövqeyindənasılıdır. Sual yaranır: bu razılaşma qorunub saxlanılacaq, yenidənnəzərdən keçiriləcək, yoxsa tamamilə ləğv olunacaq?
Donald Tramp demokrat sələflərinin siyasi təşəbbüslərinə olanantipatiyası ilə tanınır. O, dəfələrlə Bayden administrasiyasıtərəfindən imzalanmış əsas sənədləri yenidən nəzərdən keçirməyəhazır olduğunu nümayiş etdirib. Bu baxımdan, Ermənistanla stratejirazılaşma ABŞ-nin daxili siyasi mübarizəsinin növbəti qurbanınaçevrilmə riski daşıyır.
Tramp və Bayden arasındakı antaqonizm o qədər dərinləşib ki,demokratların hər hansı əhəmiyyətli nailiyyəti avtomatik olaraqrespublikaçıların hədəfinə çevrilir. Baydenin ABŞ-nin regiondakısiyasətinin vacib elementi kimi təqdim etdiyi Ermənistanla stratejitərəfdaşlıq Tramp tərəfindən yenidən nəzərdən keçirilməli olan səhvaddım kimi qiymətləndirilə bilər.
Yaranmış vəziyyət Azərbaycana ABŞ-ın yeni administrasiyası iləfəal əməkdaşlıq etmək imkanı təqdim edir. Trampın komandasınademokratların səhvlərindən qaçmağın zəruriliyini çatdırmaq Bakınınəsas vəzifəsidir. ABŞ-nin Cənubi Qafqazdakı strateji maraqlarınıyalnız Ermənistanla əlaqələndirmək siyasəti regionda gərginliyinartmasına səbəb olmaqla yanaşı, nə təhlükəsizliyi, nə də sabitliyiyaxşılaşdırdı.
Əgər respublikaçılar həqiqətən ABŞ-nin Cənubi Qafqazda təsirinimöhkəmləndirmək istəyirlərsə, regionun reallıqlarını nəzərəalmalıdırlar. Azərbaycanın mühüm tərəfdaş kimi mövqeyinin nəzərəalınmaması yalnız diplomatik xərclərə deyil, həm də stratejiəhəmiyyətli regionda təsir imkanlarının itirilməsinə səbəb olabilər.
Razılaşmanın imzalanması onun real məqsədləri ilə bağlı bir çoxsuallar doğurur. Bu, Bayden administrasiyasının uzunmüddətlistrategiyasının düşünülmüş elementi idimi, yoxsa sadəcə simvolikbir vida jesti? Ola bilər ki, demokratlar Trampın hərəkətləriniçətinləşdirəcək “geosiyasi miras” qoymaq istəyiblər.
Digər tərəfdən, bu addım Moskva və Tehrana bir siqnal ola bilər:Vaşinqton bütün müqavimətlərə baxmayaraq, Cənubi Qafqazdamövqelərini gücləndirmək niyyətindədir.
Ermənistanla müqavilənin imzalanması Moskva və Tehrandanarazılığa səbəb olacaq. Vaxtaşırı Ermənistanı Qərblə yaxınlaşdığıüçün tənqid edən İran üçün bu, növbəti sərt bəyanatlar üçün bəhanəolacaq. Tehran Ermənistanı regionda Qərb təsirinin artmasınınyolverilməzliyi barədə bir daha xəbərdar etmək fürsətini əldənburaxmayacaq.
Moskva isə öz növbəsində reaksiya göstərə bilər. Rusiya ənənəviolaraq Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) çərçivəsində öz müttəfiqi hesab edir və ABŞ ilə müqaviləninimzalanmasını İrəvanın Qərbə doğru daha da yaxınlaşması siqnalıkimi qəbul edə bilər.
Azərbaycan üçün bu razılaşma birbaşa təhdid təşkil etmir, çünkisöhbət Ermənistanın hərbi-texniki əməkdaşlığı və iqtisadiyardımından gedir, birbaşa hərbi dəstəkdən yox. Lakin nəzərə almaqlazımdır ki, belə addımlar İrəvanı revanşist ritorikanı vəhərəkətləri gücləndirməyə təhrik edə bilər.
Bakı üçün hazırkı vəziyyət həm də bir fürsətdir. Bu məqamdanistifadə edərək təkcə beynəlxalq arenada mövqelərinimöhkəmləndirmək deyil, həm də ABŞ-nin yeni administrasiyası iləəməkdaşlığa hazırlığını göstərmək vacibdir. Vaşinqtonla əlaqələringücləndirilməsi, Ermənistana yönəlmiş birtərəfli təşəbbüslərə qarşıeffektiv balans yarada bilər.
ABŞ-nin Cənubi Qafqazdakı neytrallıq bəyanatlarının fonundaErmənistanla strateji razılaşmanın imzalanması bir sıra suallardoğurur. Uzun illər ABŞ özünü regionda sülh və sabitliyin təminedilməsində maraqlı olan vasitəçi kimi təqdim edib. Ermənistanlayaxınlaşma, ilk baxışdan, bu prinsiplərə zidd görünür və ABŞ-ninsiyasətində ikiqat standartların mövcudluğu ilə bağlı şübhələriartırır.
Vaşinqtonla İrəvan arasında müqavilə, ABŞ-nin uzun müddətbölgədə sabitliyin təmin olunmasına dair verdiyi bəyanatlarınfonunda, daha çox Moskvanın mövqelərini zəiflətməyə yönəlmiş addımkimi görünür. ABŞ üçün bu sənəd, bəlkə də, Rusiyanın ənənəvi təsirzonasını genişləndirmək məqsədilə bir vasitədir. Lakin belə biraddım xüsusilə Azərbaycanın və digər region ölkələrinin gözündəneytrallıq prinsiplərindən uzaqlaşma kimi qəbul oluna bilər.
ABŞ-dəki erməni diasporu üçün müqavilənin imzalanması mühümsimvolik jest kimi qəbul edilə bilər. Lakin bu addımın DonaldTrampın prezidentlik kürsüsünü tutacağı ərəfədə baş verməsi sənədingələcək taleyini qeyri-müəyyən edir.
Donald Tramp praqmatik yanaşması və demokratların qərarlarınaqarşı antipatiyası ilə tanınır. O, bu razılaşmanı ya yenidənnəzərdən keçirə, ya da onu sadəcə gözardı edərək əsas diqqətiniÇinlə qarşıdurma, NATO-nun gücləndirilməsi və daxili islahatlarayönəldə bilər.
Mövcud vəziyyət Ermənistanın Qərblə əlaqələri gücləndirməksəylərini açıq şəkildə göstərir. Tramp administrasiyasının Baydenadministrasiyasından daha əlverişli mövqe tutacağını gözləməksadəlövhlük olardı. Respublikaçılar adətən ABŞ-nin millimaraqlarına üstünlük verirlər və Ermənistanın dəstəklənməsi, çoxgüman ki, onların prioritetləri sırasına daxil olmayacaq.
Eyni zamanda, Azərbaycan öz müstəqil siyasətini və xaricitəzyiqlərə qarşı dayanıqlığını nümayiş etdirməyə davam edir. Onundiplomatik fəallığı və hərbi potensialı regionda stratejisabitliyin əsasını təşkil edir.
ABŞ və Ermənistan arasında bağlanan müqavilə Moskva və Tehrandanarahatlıq doğuracaq. Ənənəvi olaraq Ermənistanı müttəfiqi hesabedən Rusiya bu addımı İrəvanın Qərbə doğru daha da yaxınlaşmasıkimi qiymətləndirə bilər. Regionda ABŞ-nin artan təsirindən narahatolan İran isə çox güman ki, sərt ritorika ilə çıxış edəcək vəErmənistana təzyiqlərini artıracaq.
Azərbaycan üçün isə bu sənəd birbaşa təhdid yaratmır. Çünkiburada söhbət Ermənistana hərbi-texniki əməkdaşlıq və iqtisadidəstəkdən gedir, birbaşa hərbi yardım məsələsi gündəmdə deyil.Lakin bu razılaşma Ermənistan cəmiyyətindəki revanşist meyillərindəstəklənməsi kimi qəbul edilə bilər. Buna baxmayaraq, Azərbaycanöz müstəqil siyasəti ilə xarici təsirlərə uğurla müqavimətgöstərdiyini sübut edib.
ABŞ və Ermənistan arasında müqavilənin imzalanması cavabdan dahaçox sual doğurur. Bu, Vaşinqtonun uzunmüddətli strategiyasının birhissəsidirmi, yoxsa ABŞ administrasiyasındakı dəyişikliklər fonundataktiki bir addımdır? Hazırki geosiyasi şəraitdə bu addımın nədərəcədə əsaslı olduğu sual altındadır.
Vaşinqton üçün bu razılaşma Cənubi Qafqazda mövqelərinigücləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu addımregionda daha çox gərginlik yaratmaq, Ermənistanın qonşuları iləmünasibətlərini pisləşdirmək və ABŞ-nin neytral vasitəçi kimietibarını sarsıtmaq riski daşıyır.
Xatırladaq ki, Ukrayna ilə ABŞ arasında 2021-ci ildə "StratejiTərəfdaşlıq Xartiyası" adlı saziş imzalanmışdı.
Sənədin 2-ci bölməsi “Təhlükəsizlik və Rusiya təcavüzünə qarşımübarizə” adlanır. Fəqət Ukrayna bundan nə əldə etdi? Ölkə yüzminlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbasvə Luqansk vilayətləri, habelə digər ərazilər itirildi.
Ermənistanda isə Nikol Paşinyanımn qərbyönlü diplomatiyasıİrəvanın xarici siyasi vektorunun dəyişməsinə səbəb oldu. Belədəermənilərin üzləşdikləri təhdidlər azalmayacaq, artacaq.Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəribölgəyə gəlməyəcək.
Analoji saziş ABŞ ilə Gürcüstan arasında da imzalanıb, fəqətrəsmi Tbilisi separatçı rejimlər tərəfindən idarə olunan CənubiOsetiya və Abxaziya ilə bağlı problemi hələ də həll edəbilməyib.
Region yeni çağırışlarla üzləşir və Vaşinqtonun addımlarıqeyri-müəyyənlik üçün əlavə amilə çevrilir. Bu razılaşmanınregionda qarşıdurmanın yeni mərhələsinin başlanğıcıolub-olmayacağı, yoxsa sadəcə simvolik bir jest kimi qalacağıhələlik sual altındadır.
Amma bəlli olan budur ki, Cənubi Qafqaz mürəkkəb geosiyasiqərarlarla dolu bir dövrə qədəm qoyur.