AZ

Balaxanıda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rəhim Əsədov 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, ötən il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə ittiham edilib.
Seçilən
2
oxu.az

1Mənbələr