AZ

Xocalı sakini: Sevincli, qürurlu və duyğulu anlar yaşayırıq

Hər kəs bu qayıdışa görə sevincli və qürurlu anlar yaşayır.

Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşı ilə söhbət zamanı Xocalı sakini Allahverdi Kərimov deyib.

O, doğma yurda qayıdışı uzun müddət səbirsizliklə gözlədiklərini deyib:

“Biz Şəki rayonu Köbər Zəyzid kəndində Muradbulaq adlanan ərazidə məskunlaşmışdıq. Altı nəfərlik ailə üzvü ilə bərabər indi doğma yurdumuza qayıdırıq. Əlbəttə, çox sevincliyik.

İndiki vəziyyətdə kəndimizə çatmağı səbirsizliklə gözləyirik. Həm sevincli, həm qürurlu, həm də duyğulu anlar yaşayırıq”.

Seçilən
1
report.az

1Mənbələr