AZ

Serenay Sarıkaya məhkəməyə BELƏ GƏLDİ - VİDEO

Türkiyədə bir çox məşhur aktyorun meneceri olan Ayşe Barım sənayedə monopoliyaya səbəb olduğu və ona qarşı çıxan aktyorları bazardan uzaqlaşdırdığı iddiaları ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, İstanbul Prokurorluğu Barımla bağlı bildiriş və iddiaları qəbul edərək tədbir görüb. 

Ayşe Barımla əlaqəli sosial şəbəkələrdə yayılan iddialarla bağlı aparılan istintaq çərçivəsində aktrisa Serenay Sarıkaya şahid qismində ifadə vermək üçün İstanbul Respublika Prokurorluğuna çağırılıb. Aktrisa Serenay Sarıkaya istintaq çərçivəsində şahid qismində ifadə vermək üçün Ədliyyə Sarayına gəlib.

Həmin anlardan görüntüləri təqdim edirik.

Günel Məlikzadə

Seçilən
1
news24.az

1Mənbələr