AZ

Üç ölkədən kriptovalyuta hücumlarına qarşı birgə əməkdaşlıq

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda Şimali Koreyanın təhdid fəaliyyətləri araşdırılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mütərəqqi kiberhücum üsulları ilə kriptovalyuta birjalarını, rəqəmsal aktivlərin mühafizəçilərini və fərdi istifadəçiləri hədəf alan qrupların beynəlxalq maliyyə sistemi üçün təhlükə yaratdığı vurğulanıb.

Üç ölkənin təhlükəsizlik qurumları son vaxtlar Şimali Koreyadan qaynaqlanan kiberhücumların artmasına qarşı tədbir görüb. 2024-cü ilin may ayında Yaponiyanın kriptovalyuta şirkəti DMM Bitcoin-dən 308 milyon dollar oğurlanıb. Bu hadisədən sonra şirkət dekabr ayında fəaliyyətini dayandırıb.

Birgə bəyanatda özəl sektor nümayəndələri ilə daha dərin əməkdaşlığa çağırış edilib və bu təhlükəyə qarşı fəal tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Təhlükənin miqyası dekabr ayında ABŞ-ın Şimali Koreya adından çirkli pulların yuyulması əməliyyatlarında iştirak edən üç quruma sanksiya tətbiq etməsi ilə üzə çıxıb.

Gülay
Seçilən
0
azxeber.com

1Mənbələr